Futbol millimiz İspaniyaya rəqib oldu

15:10 11 Yanvar 2017

Futbol veteranlarından ibarət Azərbaycan millisi yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə bir il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.

Turnirə yollanacaq veteran futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Oqtay Abdullayev
Rüstəm Rəhimov
Asim Xudiyev
Hüseyn Məhəmmədov
Marat Salyanski
Arif Əsədov
Nadir Əliyev
Nazim Süleymanov
Vidadi Rzayev
Əli Abışov
Ağatahir Əzimov
Rəcəb Fərəczadə
Namiq Məmmədkərimov
Mahmud Qurbanov
Allahverdi Babayev


Digər xəbərlər

Xəbər xətti