"Real" ilə Pepe arasında fikir ayrılığı

15:31 11 Yanvar 2017

İspaniyanın "Real" klubu futbolçusu Pepe ilə yeni müqavilənin şərtlərində heç cür razılığa gələ bilmir.

 

Sportarena.az xəbər verir ki, belə ki, portuqaliyalı müdafiəçi Madrid təmsilçisindən yeni 2 illik müqavilə istəsə də, qarşı tərəf yalnız 1 illik müqavilə təklif edir.

 

Tərəflər mövsümün sonuna qədər razılığa gələ bilməsə, Pepe azad agent statusuna yiyələnəcək. Portuqaliya millisinin üzvü ilə Çinin "Quanqzu Everqrand" və "Şanxay" klubları ciddi maraqlanır.

 

Qeyd edək ki, hazırda Pepenin illik məvacibi 5.5 milyon avro təşkil edir. 


Xəbər xətti