“Qəbələ”nin sabiq futbolçusu “Anji”də?

21:18 11 Yanvar 2017

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonov karyerasını Rusiyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, o, yaxın günlərdə Premyer Liqada mübarizə aparan “Anji”nin düşərgəsinə qatılacaq. Burada baxışda olacaq Ukrayna millisinin eks hücumçusu ümidləri doğruldacağı təqdirdə klubla müqavilə bağlayacaq.

 

Xatırladaq ki, “Qəbələ” Aleksey Antonovla yolları bu mövsümün əvvəli ayırıb. Azərbaycandan getdikdən sonra o, formasını saxlamaq üçün “Dnepr”də məşq edirdi.


Xəbər xətti