Dəhşətli qərardı - Berti Foqts

17:12 11 Yanvar 2017

2008-2014-cü illərdə Azərbaycan millisinin baş məşqçisi olmuş Berti Foqts dünya çempionatının final mərhələsində 48 komandanın iştirak etməsiylə bağlı qərardan danışıb.

 

 

Sportarena.az xəbər verir ki, Foqts bu qərarın futbol üçün yaxşı olmadığını bildirib:

 

 

“Tamamilə dəhşətli qərardı. Bu gedişlə dünya çempionatının axırına çıxacaqlar. Bu turniri hər kəs sevir, izləyir. Belə qərar futbol üçün yaxşı deyil. Mən bu qərardan heç nə anlaya bilmirəm”.
 


Qeyd edək ki, FİFA dünən DÇ-2026-dan başlayaraq dünya çempionatında 48 komandanın iştirakı haqda qərar qəbul edib.


Digər xəbərlər

Xəbər xətti