"Neftçi" fanatlarından Ruslan Abışova: "Səni istəmirik" - FOTO

17:18 11 Yanvar 2017

Adı “Neftçi” ilə hallansa da, paytaxt klubuna keçidi baş tutmayan Ruslan Abışova “Forza Neftçi” sərt ismarıc göndərib.

 

 

Sportarena.az xəbər verir ki, fanatlar “Neftçi”nin yetirməsi olan Abışovu komandada görmək istəmirlər. Onlar bu haqda öz rəsmi feysbuk səhifələrində yazıblar:

 

 

“Bu günlərdə öz müsahibəsində "Neftçi"yə sevgisini, yayda müqaviləsinin müddəti bitəndə komandamız diviziona düşsə belə, “ağ-qaralar”a keçəcəyini bildirən Ruslan Abışova burdan demək istəyirik ki, 2012-ci ildə “Xəzər Lənkəran” 1.2 milyon dollar təklif edəndə heç düşünmədən ora keçən oyunçunu belə pis vaxtda istəmərik. İstəyirsən ulduz ol, amma klubu pula dəyişəni heç vaxt istəmərik!”

 

 

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abışov 2006-12-ci illərdə bu komandanın şərəfini qoruyub.

 


Digər xəbərlər

Xəbər xətti