"Azərbaycan millisi güclü komandadı" - Kuznetsov

16:00 11 Yanvar 2017

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün millimiz Qazaxıstanla qarşılaşıb.

 

 

Sportarena.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. Matçdan sonra rəqib komandanın baş məşqçisi Aleksandr Kuznetsov oyunla bağlı fikirlərini bölüşüb:

 

 

"Rəqibimizi yaxşı tanıyırdıq, başqa turnirlərdəki oyunlarını izləmişdik. Azərbaycan millisi güclü komandadı, futbolçuların çoxu təcrübəlidi. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.


Xəbər xətti