Ozobiç debüt etdi, xorvatlar finala çıxa bilmədi

18:38 11 Yanvar 2017

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya millisində debüt edib.
 
 
 
Sportarena.az xəbər verir ki, o, komandasının “Çin kuboku-2017”dəki oyununda meydana çıxıb. Matça start heyətində çıxan başlayan Ozobiç 57-ci dəqiqədə əvəzlənib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burda isə daha dəqiq (4:1) olan Çili millisi qələbə qazanaraq, adını finala yazdırıb. Çiliyə uduzan Xorvatiya yığması yanvarın 14-də üçüncü yer uğrunda görüşdə Çinlə üz-üzə gələcək.
 
 
 
Qeyd edək ki, İslandiya və Çili milliləri arasında baş tutacaq final qarşılaşması isə yanvarın 15-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti