"Qarabağ" tək məşqlə kifayətləndi

01:53 12 Yanvar 2017

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın yeddinci günündə Qurban Qurbanovun komandası bir məşqlə kifayətlənib. 

Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandanın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.


Xəbər xətti