"Səbail"dən növbəti transferlər

10:17 12 Yanvar 2017

Azərbaycan I divizionunda mübarizə aparan “Səbail” klubu heyətinə daha iki futbolçu cəlb edib.

 

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi”dən Eltun Yaqublunu icarəyə götürüb. 24 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Səbail”də çıxış edəcək.

 


Bundan başqa "Səbail" “Qaradağ Lökbatan”dan Samir Əhmədovu da transfer edib. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.


Digər xəbərlər

Xəbər xətti