Sportarena.az
27 Mart 2017

Aqolli: "Ən yaxşısını etməyə çalışacağıq" - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın futbolçusu Ansi Aqolli klubun saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Albaniyalı müdafiəçi  ötən ili həm özü, həm də “Qarabağ” üçün dəyərləndirib:

 

“Bu mövsüm bizim üçün uğurlu oldu, indi isə qarşıdakı oyunlar haqda düşünürük. Qış təlim-məşq toplanışını yaxşı dəyərləndirib mövsümün sonuna qədər komandamız üçün ən yaxşısını etməyə çalışacağıq.

 

 

Ağır ili geridə qoyduq, həm “Qarabağ”da, həm də milli komandada çox oyunlar keçirdik. Daha sonra istiraht tam yerinə düşdü. İndi isə yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq. Hazırda komandada əhval-ruhiyyə əladır. İstirahətdən qayıdandan sonra hər kəs özünü yaxşı hiss edir. 


 

 

Ötən il mənim həyatımda xüsusi yer tutur. “Qarabağ”la ölkə kuboku və çempionatda qızıl medalları qazandıq. Milli komandayla Avropa çempionatının final mərhələsində mübarizə apardıq. Ümid edirəm ki, bu il daha çox mükafatlar qazanacağıq".

Tarix
12.01.17 [10:28]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

27 Mart
26 Mart 

Facebook

Sorğu

Azərbaycan Premyer Liqasının qalibi hansı komanda olacaq?
 "Qarabağ"
 "Qəbələ"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio