MOİK Premyer Liqa klublarına qarşı

10:54 12 Yanvar 2017

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən MOİK-in daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Sportarena.az xəbər verir ki, Birinci divizion təmsilçisi Premyer Liqada mübarizə aparan klublarla üz-üzə gələcək. "Hərbiçilər" yanvarın 14-də AZAL-la, bundan üç gün sonra isə "Kəpəz"lə üz-üzə gələcək. Oyunlar müvafiq olaraq, "AZAL Arena" və "Dalğa Arena"da keçiriləcək.

 

Qeyd edək ki, MOİK buna qədər bir yoxlama oyununda qüvvəsini sınayıb. Ramil Əliyvin yetirmələri Birinci Divizion təmsilçisi "Səbail"lə qollu barəbarəliyə razılaşıb - 2:2.


Xəbər xətti