50 yaşı olacaq, müqavilə yeniləyir

12:56 12 Yanvar 2017

Gələn ay 50 yaşını qeyd edəcək yapon futbolçu Kazuyoşi Miura karyerasını bitirmək niyyətində deyil.

 

 

Sportarena.az xəbər verir ki, hücumçu 2005-ci ildən formasını geyindiyi "Yokohama" klubu ilə anlaşmasının müddətini uzadıb.

 

Qeyd edək ki, o, peşəkar karyerasına 1986-cı ildə Braziliyanın "Santos" klubunda başlayıb və 1990-cı ilədək bu ölkədə çıxış edib. 1990-cı ildə vətəninə dönən Miura müəyyən dövrlərdə İtaliyanın "Cenoa" və Xorvatiyanın "Dinamo" klublarında oynamağa imkan tapıb. O, Yaponiya yığmasında keçirdiyi 89 oyunda 55 qol vurub.


Digər xəbərlər

Xəbər xətti