Sportarena.az
20 Yanvar 2017

“Fənərbaxça”nın muzeyinə hücum - Kuboku oğurlamaq istədilər

12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə maraqlı hadisə baş verib.

 

 

Sportarena.az xəbər verir ki, “Trabzonspor” azarkeşlərindən biri “Fənərbaxça” muzeyindən oğurluq edib. Kubokların saxlanıldığı şüşə kabinanı başı ilə sındıran fanat oradan çempionluq kuboklarından birini götürərək bağırıb: “Trabzon bu kuboku illərdi ki gözləyir”.

 

 

Polis 38 yaşlı azarkeşi hadisə yerində həbs edib.

 

 

Qeyd edək ki, Türkiyə Super Liqasının 2010/11 mövsümündə son həftəyə qədər amansız rəqabət halında olan “Fənərbaxça” və “Trabzonspor” yekunda birinciliyi eyni xalla başa vurmuşdular. Ancaq top fərqində daha yaxşı vəziyyətdə olan İstanbul klubu çempion olmuşdu. Maraqlıdır ki, həmin mövsüm başa çatan kimi Türkiyədə 3 iyul hadisələri baş vermiş, “Fənərbaxça” oyun alqı-satqısında günahlandırılmış, prezident Aziz Yıldırım həbs edilmişdi. Sonradan komanda və prezident bəraət alsa da, trabzonlular hələ də özlərini o mövsümün çempionu hesab edirlər.

Tarix
12.01.17 [14:56]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

20 Yanvar
19 Yanvar 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio