Suares 100-ə çatdı

15:50 12 Yanvar 2017

"Barselona"nın futbolçusu Luis Suares Kataloniya klubunda 100-cü qolunu vurub.

 

 

Sportarena.az xəbər verir ki, bu, İspaniya kubokunun 1/8 finalında "Atletik"lə (Bilbao) cavab qarşılaşmasında baş verib. Uruqvaylı hücumçu görüşün 36-cı dəqiqəsində fərqlənib.

 

 

Qeyd edək ki, L.Suares 2014-cü ildən "Barsa"da çıxış edir.


Xəbər xətti