Hakimlərin Antalya toplanışı başladı

Sportarena.az      12 Yanvar 2018, 15:22

Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına start verilib.

 

 

Sportarena.az xəbər verir ki, dünən günorta saatlarında Antalyaya gələn hakimlər elə həmin gün iki məşğələdə iştirak ediblər. İlk məşq yaşıl meydançada, axşam məşğələsi isə akt zalında gerçəkləşib.

 

Yanvarın 25-dək Antalyada olacaq hakimlərin hər gün ümumilikdə 4 məşğələdə bir araya gələcəyi planlaşdırılır. Eyni zamanda, Topaz Premyer Liqasının, Azərbaycan Kubokunun, I Divizionun keçirilən oyunlarında qeydə alınan hakim qərarları müzakirə olunacaq. Toplanışın əsas məqsədlərindən biri isə müxtəlif ölkələrdən  Antalyaya gələn komandaların iştirakı ilə keçirilən oyunların idarə olunmasıdı. İlkin plan kimi minimum 50 oyunda ədaləti qorumaq planlaşdırılıb.

 

 

Məlumat üçün deyək ki, cari toplanışa FİFA təlimatçısı dəvət olunmayacaq. Toplanışa müəllim heyətində yer alan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev nəzarət edirlər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin