PSJ-nin prezidenti "Lig TV"-nin adını dəyişdirir

14:30 12 Yanvar 2017

Türkiyənin ən məhşur idman kanallarından olan "Lig TV"-nin adı tarixin yaddaşına köçür.

 

Sportarena.az xəbər verir ki, 2016-cı ilin avqustundan etibarən kanalın məxsus olduğu "Digitürk" şirkətini satın alan "Bein group" media şirkəti sözügedən idman kanalının adının və formatının dəyişdirilməsiylə bağlı qərar qəbul edib. Belə ki, yanvarın 13-dən etibarən "Lig TV" və onun tərkibində olan üç törəmə kanal həmin tarixdən sonra "Bein Sport" adlanacaq.

 

Maraq üçün qeyd edək ki, "Bein group"un rəhbəri olan Nasir Əl Xelayfi Fransanın PSJ klubunun da sahibidir.


Digər xəbərlər

Xəbər xətti