Azərbaycan millisinin sabiq üzvü vəfat etdi

16:19 12 Yanvar 2017

Azərbaycan futbolunda itki baş verib.

 

 

Sportarena.az xəbər verir ki, "Kəpəz"in və milli komandanın sabiq futbolçusu Faiq Cabbarov dünyasını dəyişib. 44 yaşlı keçmiş müdafiəçi yatıb, yuxudan oynamayıb.

 

 

Qeyd edək ki, Cabbarov karyerası ərzində “Avtomobilçi Yevlax”, “Kəpəz Kirovabad”, “Dinamo Kirov", "Nefçit" və Gəncənin "Kəpəz" klublarında çıxış etmişdi. O, milli komandamızın heyətində 1993/98-ci illərdə 21 oyun keçirmişdi.


Digər xəbərlər

Xəbər xətti