Reynaldo yenə Türkiyə klubunun hədəfində

16:41 12 Yanvar 2017

“Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silva Türkiyədən təklif alıb.

 

 

Sportarena.az ajansspor.com saytına istinadən xəbər verir ki, “Adanaspor” 27 yaşlı futbolçu ilə maraqlanır. Belə ki, baş məşqçi Levent Şahin klub rəhbərliyindən hücum xəttinin gücləndirilməsini istəyib. Rəhbərlik isə Reynaldoya “elçi düşüb”. Xəbərdə “Adanaspor”un “Qarabağ”a rəsmi təklif göndərdiyi və yaxın günlərdə “sambaçı”nın keçidini rəsmiləşdirəcəyi bildirilir. 

 

 

 

Qeyd edək ki, Reynaldo 2013-cü ildən “Qarabağ”ın formasını geyinir. 


Digər xəbərlər

Xəbər xətti