"İkinci yerdən heç cür razı qala bilmərəm" - MÜSAHİBƏ

18:36 12 Yanvar 2017

Azərbaycan millisinin güləşçisi Mariya Stadnik Hindistan mətbuatına müsahibə verib.

 

 

Sportarena.az xəbər verir ki, bu ölkənin “Dehli Sultans” klubunun şərəfini qoruyan 29 yaşlı milliləşdirilmiş ukraynalı karyerasından və ailəsindən danışıb.

 

 

 

- Çox az ayda insan ailə və karyerası arasında balans qura bilir. 2 uşaq anası olan Mariya üçün bu çətin deyilmi?

- Xüsusi nəyəsə nail olduğumu düşünmürəm. Bir çox məşhur adamlar peşəkar həyatlarını və ailələrini idarə etməyi bacarırlar. Mən güləşi çox sevirəm, istedadım da var. Bu səbəbdən də ondan yararlanmalıyam.

 

 

- Həyat yoldaşını Andreyin keçmiş güləşçi, indi isə məşqçi olmasının karyeranızda nə dərəcədə rolu var?

- Bəzən o mənə özümdən də çox inanır. Həmişə çətin vəziyyətlərdə yanımda olur. Oğlum İqor anadan olanda mən məşq etdiyim müddətdə uşağı yatızdırırdı. Qızım Mia doğulanda isə Andrey oğlumun bütün qayğılarını üzərinə götürmüşdü.

 

 

- Ana olduqdan sonra yenidən xalça üzərinə qayıtmaq çətin olmadı ki?

- İlk uşağım doğulandan sonra heç özüm də əmin deyildim ki, yenidən güləşmək üçün nə dərəcədə hazıram.

 

 

- Amma 2010-cu ildə ana olduqdan sonra London Olimpiadasında medal qazanmağı bacardız.

- Pekin-2008-də ilk Olimpiya mükafatını qazanda çox gənc idim. Olimpiada mənim üçün böyük təcrübə idi. Uğurumdan da məmnun qalmışdım. Bir sözlə, nə qazandığımı tam dərk etməyə vaxtım yox idi. Ana olduqdan sonra London-2012-də qazandığım medaldan da çox razı qaldım. Çünki həmi vaxt gücümə o qədər də inanmırdım.

 

 

- Riodakı “gümüş”dən isə çox narazı görünürdüz...

- Mən həmin yarışa çox yaxşı hazırlaşmışdım. Güləşçi kimi pik nöqtədəydim. Bu üzdən qazandığım ikinci yerdən heç cür razı qala bilmərəm.

 

 

- Övladlarınız televiziyada sizin qarşılaşmaları gördükdə hansı reaksiyanı verir?

- Onlar hər dəfə sinəmdə medal görəndə tezliklə evə dönəcəyimi bilirlər. Bu üzdən də məni səbirsizliklə gözləyirlər. Hətta uşaqlar televiziyada dəfələrlə gördüklərini təkrarlamaq istəyib, sonra təəssüfləniblər. Onlar medallarımı boyunlarından asıb, ağızlarına qoyub dişləyiblər. Bunun yeməli olmadığını gördükdə, məyus olublar.

 

 

- İqor və Mianın gələcəyin idmançısı kimi görürsüzmü?

- Oğlum hələ ki, futbol oynayır. Lakin bunu müvəqqəti məşğuliyyət hesab edirəm. Güləş onun qanındadı. Hələ uşaqdı. Gec-tez güləşçi olacaq.

 

 

- Növbəti Olimpiadaya 3 ildən artıq müddət qalıb. 2020-ci ildə Tokioda baş tutacaq yarışda qızıl medal qazansaz, həyatınızın ən qiymətli medalına yiyələnmiş sayılacaqsızmı?

- Elə deməzdim. Mənim ən böyük nailiyyətim budu (mobil telefonunda uşaqları ilə birgə ailə şəkillərini göstərir). Ən böyük medalım da onlardı. Ailə istənilən medaldan dəyərlidi.

 


Digər xəbərlər

Xəbər xətti