"Qarabağ"ın Antalyada 8-ci günü

10:09 13 Yanvar 2017

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

 

 

Sportarena.az xəbər verir ki, komanda hazırlığın səkkizinci gününü iki məşqlə başa vurub. Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat18:00) start götürüb. Günün ilk məşqindən fərqli olaraq, bu hazırlıqda toplu çalışmalara üstünlük verilib. Məşq təxminən 90 dəqiqə davam edib.

 

 

Ağdam klubununun iki futbolçusu Elşən Abdullayev və Reynaldo Silva fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib. Komandanın bu gün üçün bir məşqi nəzərdə tutulub.


Xəbər xətti