Türkiyə klubu təsdiqlədi - "Reynaldonu istəyirik"

10:42 13 Yanvar 2017

Türkiyə Superliqasında mübarizə aparan "Adanaspor"un "Qarabağ"ın futbolçusu Reynaldonu transfer etmək istədiyi barədə xəbər vermişdik (http://sportarena.az/news/61218/?n=l)http://sportarena.az/news/61218/?n=l).

 

 

Sportarena.az xəbər verir ki, klubun baş məşqçisi Leven Şahin Türkiyə mətbuatına açıqlamasında məlumatı təsdiqləyib::

 

 

"Mütləq bir hücumu alacağıq. Reynaldo transfer siyahımızda olan futbolçulardan biridir. Klub rəhbərliyi bu transferi bitirmək istəyir. Bir problem yaransa, başqa namizədlərə baxacağıq".

 

 

Qeyd edək ki, "Adanaspor" ölkə çempionatında 10 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşıb.


Xəbər xətti