Faiq Cabbarov tapıldı - AÇIQLAMA

11:28 13 Yanvar 2017

Dünən vəfat etdiyi barədə xəbər yayılan Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarov tapılıb.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"un qərb bürosuna futbolçunun qardaşı Səttar Cabbarov məlumat verib. Onun sözlərinə görə, artıq qardaşı ilə telefonla əlaqəsi saxlayıblar:

 

 

"Onun vəziyyəti yaxşıdır. Hazırda Faiq Cabbarov Gəncə şəhərindədir. Qardaşım sağ-salamatdır. Sadəcə, bəzi şəxsi səbəblərə görə bir neçə gün ailəsi ilə əlaqə saxlamayıb və ailədən onun harda olduğunu bilmirdilər. Biz də onun itkin düşdüyünü düşünürdük. Bu gün isə onunla telefonla danışdıq və Gəncədə olduğunu, heç bir problem olmadığını dedi".


Xəbər xətti