"Real" "Barselona"nı ötdü - Tarixi rekord

11:43 13 Yanvar 2017

İspaniyanın “Real” klubunun məğlubedilməz oyunlar seriyası davam edir.

 

 

Sportarena.az xəbər verir ki, Madird təmsilçisi İspaniya kubokunun 1/8 final mərhələsinin “Sevilya” ilə cavab oyununda 3:3 hesablı bərabərliklə uğurlu seriyanı 40-a çatdırıb. Bununla da “Kral klubu” əzəli rəqibi olan “Barselona”nın 2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekordu (39 oyun) yeniləyib. “Real” son 40 oyunun 30-da qalib gəlib,10-da heç-heçə etməklə bu uğura nail olub.

 

 

Qeyd edək ki, Zinəddin Zidanın komandası son dəfə 2016-cı ilin aprelin  6-da Çempionlar Liqasının 1/4 final  mərhələsində səfərdə “Volfsburq”a uduzub (0:2).


Xəbər xətti