"Traktor Sazi" yenidən zirvədə

12:19 13 Yanvar 2017

İran çempionatında 16-cı turun oyunları keçirilir.

 


Sportarena.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu dünən səfərdə "Esteqlal"ın (Kuzestan) qonağı olub. Oyun Cənubi Azərbaycan klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 88-ci dəqiqədə Mehdi Şərifi vurub. Bu qələbə ilə xalını 33-ə çatdıran təbrizlilər yenidən liderliyə yüksəlib.

 


Təbrizin digər təmsilçisi "Qostareş" isə səfərdə "Paykan"la 1:1 hesablı bərabərə qalıb. Komanda 21 xalla 9-cu pillədə qərarlaşıb.


Xəbər xətti