Stamenkoviçin "Neftçi" sevgisi - FOTO

12:33 13 Yanvar 2017

Hazırda Qazaxıstanın “Okjetpes” klubunda çıxış edən Saşa Stamenkoviç diqqət mərkəzinə düşüb.

 

 

Sportarena.az xəbər verir ki, serbiyalı qolkiper hazırda Antalyada təlim-məşq toplanışında olan komandasının məşqlərinə nə qədər qəribə görünsə də, "Neftçi" formasıyla çıxır. Stamenkoviçin bunu bilərəkdən etdiyi artıq təsdiqini tapıb. Belə ki, qazaxıstanlı həmkarlarımız da Saşanın bu hərəkətinə biganə qalmayıblar və futbolçunu klubunu yox, "Neftçi"ni sevdiyinə görə tənqid ediblər.

 

Qeyd edək ki, 2011-2015-ci illərdə "Neftçi"nin şərəfini qoruyan Stamenkoviç bütün rəsmi turnirlərlərdə 131 dəfə meydana çıxıb. O, həmçinin paytaxt klubu ilə 2 dəfə Azərbaycan Premyer Liqasının, eyni sayda isə ölkə kubokunun qalibi olub.

 

 


Digər xəbərlər

Xəbər xətti