Ukraynalı futbolçu “Neftçi”ni pula görə seçib? - AÇIQLAMA

13:20 13 Yanvar 2017

Ukraynanın “Olimpik” klubunun prezidenti Vladislav Qelzin Kirill Petrovun “Neftçi”yə keçidindən danışıb.

 

 

Sportarena.az xəbər verir ki, Ukrayna mətbuatına açıqlamasında klub rəhbəri Petrovun Bakı klubuna yaxşı pul qazanmaq üçün keçdiyini deyib:


 


“Onun gedişinə çox təsirləndim. Futbolda elə ayrılıqlar var ki, adam üzülür. Petrov komandamız üçün vacib oyunçulardan idi. Amma o, özü belə istədi. Ona yalnız uğur arzu edə bilərəm.

Petrovun ailəsində bəzi problemlər var. Hansı ki, mən onları deyə bilmərəm. Bu səbəbdən də daha çox pul qazanacağı yerə getdi. Kirill pula görə səviyyəsi Ukraynadan aşağı olan Azərbaycan çempionatını seçdi. Onu başa düşmək olar".


Digər xəbərlər

Xəbər xətti