İdman naziri “Qarabağ”ı qəbul etdi - FOTO

13:34 13 Yanvar 2017

Vyana Futbol Federasiyasının (WFV) təşkilatçılığı ilə Vyana Şəhər Hökumət evində 2015/2016 -cı il WFV liqalarında çempionluq titulu qazanmış futbol klublarının mükafatlandırma mərasimi keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, mötəbər tədbirin açılışında iştirak edən Vyana şəhər İdman Naziri çempion olmuş klubları qələbə münasibəti ilə təbrik edib. Sonra müxtəlif liqalarda qalib gələn klublar Vyana Şəhər İcra hakimiyyəti nümayəndələri, Vyana şəhər İdman Naziri və Vyana Futbol Federasiyasının prezidenti tərəfindən diplom və medallarla təltif olunublar. Tədbirdə Vyananın "Qarabağ Vyana" klubunun göstərdiyi oyun xüsusi vurğulanıb və komandanın daha böyük uğurlara nail olacağına ümid bəsləndiyi qeyd edilib.

 

 

 

Məlumat üçün bildirək ki, "Qarabağ Vyana" futbol klubu uğurlarını sadəcə, əsas komanda ilə deyil, aşağı yaş qrupların təmsil olunduğu C liqasında da davam etdirir. C liqasında qış fasiləsindən öncə keçirilən sonuncu - 10-cu turda da qələbə qazanan "Qarabağ Vyana"nın yeniyetmələrdən ibarət heyəti fasiləyə çempion kimi yollanıb. Klubun əsas hədəfi cari mövsüm uşaq və yeniyetmələrin təmsil olunduğu daha yüksək - B liqasına vəsiqə qazanmaqdı.

Reqlamentə əsasən C Liqasında xallar U-14, U-16 və U-18 komandalarının bir turda qazandığı nəticələrin cəminə əsasən hesablanır.


Digər xəbərlər

Xəbər xətti