"Səbail" "Neftçi"yə qalib gəldi

14:22 13 Yanvar 2017

Mövsümün ikinci yarısına hazırlaşan Birinci divizion təmsilçsi "Səbail" Bakı toplanışı çərçivəsində ikinci və sonuncu yoldaşlıq görüşünü keçirib.

 

 

Sportarena.az xəbər verir ki, "Neftçi"nin əvəzedici komandasıyla qarşılaşan "aslanlar" 3:1 hesablı qələbə qazanıb.

 

 

"Səbail"in qollarını təcrübəli futbolçular Ramazan Abbasov, Saşa Yunisoğlu və yeni transferi Mirzağa Hüseynpur vurub. Rəqib komandanın heyətində isə Kənan Mirzəliyev fərqlənib.


Digər xəbərlər

Xəbər xətti