Maşallah Əhmədova vaxt verildi - Dəymiş zərəri ödəmək üçün

16:43 13 Yanvar 2017

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.
 

 

Sportarena.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan proses baş tutmayıb. Maşallah Əhmədova vurduğu ziyanı ödəmək üçün vaxt verilib. Buna görə məhkəmə prosesi yanvarın 17-dək təxirə salınıb. Əhmədovun prosesdə iştirak etməməyi isə zərərçəkmiş şəxslərin etirazına səbəb olub.


Digər xəbərlər

Xəbər xətti