Təbriz Həsənov uğursuzluğun səbəbini AÇIQLADI

18:43 13 Yanvar 2017

19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə təşkil edilən turnirin qrup mərhələsinin üçüncü turunda Slovakiyaya uduzduqları oyundan (0:1) sonra fikirlərini açıqlayıb.

 

 

Sportarena.az xəbər verir ki, Həsənov komandasının turnirdəki uğursuz çıxışını bəxtsizlik kimi qiymətləndirib:

 

 

“Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi. Konkret bugünkü oyuna gəlincə, yaratdığımız qol epizodlarını gördünüz. Bununla belə, fərqlənə bilmədik və nəticə göz qabağındadır. Məni təəssüfləndirən digər məqam futbolçumuzun qırmızı vərəqə almasıdır. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından bu turnir bizim üçün faydalıdır”.


Digər xəbərlər

Xəbər xətti