"Qarabağ" bir məşqlə kifayətləndi

10:54 14 Yanvar 2017

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

 

Futbolinfo.az xəbər verir ki, komanda hazırlığın doqquzuncu günündə bir məşqlə kifayətlənib. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürən məşq təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərin ardından fiziki təmrin və toplu çalışmalarla kifayətlənib.

 

 

Bir neçə gündür, fərdi məşq edən Elşən Abdullayev geridə qalan gün komandayla çalışmalara qoşulub. Reynaldo Silva isə fizioterapevt nəzarəti altında məşqlərini davam etdirib. Digər zədəli futbolçu Coşqun Diniyev isə məşqdə iştirak etməyib.


Xəbər xətti