Eddi oynadı, komandası məğlub oldu

12:01 14 Yanvar 2017

Futbol üzrə İspaniya ikinci liqasında 21-ci turun oyunları keçirilib.

 

 

Sportarenaz.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Valyadolid"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1. İsrafilov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

 

Qeyd edək ki, "Kadis" 21 turdan sonra 33 xalla 22 klub arasında 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti