Futbolçumuz oynadı, komandası PSV ilə heç-heçə etdi

13:10 14 Yanvar 2017

Futbol üzrə Hollandiya birinci divizionunda çıxış edən azərbaycanlı futbolçu Ziya Əzizovun komnadası "Den Boş" növbəti matçına çıxıb.

 

 

Sportarena.az xəbər verir ki, Əzizovun komandası 20-ci tur çərçivəsində PSV-nin ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun 90 dəqiqə mübarizə apardığı oyunda heç-heçə qeydə alınıb - 0:0.

 

 

Qeyd edək ki, "Den Boş" 20 turdan sonra 26 xalla 20 komanda arasında 14-cüdür.


Digər xəbərlər

Xəbər xətti