14 kluba transfer qadağası

14:16 14 Yanvar 2017

Argentina Futbol Assosiasiyası 14 kluba transfer qadağası qoyub.

 

Sportarena.az xəbər verir ki, buna səbəb klubların böyük məbləğlərdə borcunun olmasıdı. Klublarun bu yöndə heç bir addım atmadığını görən federasiya 14 klubu cəzalandırıb, 2 kluba isə borclarını ödəmək üçün vaxt verilib.

 

 

Cəzaya məruz qalanlar "İndependyente", "San Lorenso", "Arsenal", "Urakan", "Estudiantes", "Himnasiya və Esgrima", "Lanus", "Nyuells Old Boyz", "San-Martin", "Kilmes", "Veles Sarsfild", "Olimpi", "Banfild" və "Kolon" klublarıdır.

 

 

Qeyd edək ki, Argentinanın yüksək liqası olan Premyer Divizionunda 30 klub mübarizə aparır.


Xəbər xətti