Millətlər Kuboku başlayır

15:10 14 Yanvar 2017

Bu gün sayca 31-ci Afrika Millətlər Kubokunun startı veriləcək.

 

 

Sportarena.az xəbər verir ki, Qabonda keçiriləcək turnirdə 16 komanda 4 qrupda mübarizə aparacaq. Turnirin açılış matçında təşkilatçı ölkə Qviniya-Bissau ilə üz-üzə gələcək. Günün digər matçında isə Burkina-Faso və Kamerun yığmaları qarşılaşacaq.

 

 

A qrupu: Qabon, Qviniya-Bissau, Burkina-Faso, Kamerun.

B qrupu: Əlcəzair, Zimbabve, Tunis, Seneqal.

C qrupu: Fil Dişi Sahili, Toqo, Demokratik Konqo Respublikası, Mərakeş.

D qrupu: Qana, Uqanda, Mali, Misir.


Digər xəbərlər

Xəbər xətti