Ozobiç qol vurdu, Xorvatiya uduzdu - VİDEO

18:16 14 Yanvar 2017

Çin kuboku-2017 turnirində 3-cü yer uğrunda oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, üçüncülük uğrunda Çin və Xorvatiya milliləri qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə asiyalılar daha dəqiq olub - 4:3. Bununla da, Çin kuboku-2017 turnirinin üçüncüsü meydan sahibləri olub. 
 

“Qəbələ”nin xorvatiyalı legioneri Filip Ozobiç bu matçda meydana matçın əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə meydana çıxıb. O, penaltilər seriyasında komandasının ikinci qolunu vurub.

 

Qeyd edək ki, Ozobiç 1/2 final mərhələsində Çili ilə matçda 90 dəqiqə meydanda olmuşdu.

 

 


Digər xəbərlər

Xəbər xətti