Telekom kuboku - CANLI YAYIM

17:36 14 Yanvar 2017

Bu gün Almaniyada hər il qış fasiləsi zamanı baş tutan Telekom kuboku keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, mini turnirdə 4 klub - "Bavariya", "Maynts", "Borussiya" (Münhenqladbax) və "Fortuna" mübarizə aparacaq.

 

Turniri maraqlı edən məqam onun formatı və bir gün ərzində baş tutmasıdı. Bir hissədən ibarət olacaq qarşılaşmalarda finala çıxmaq üçün komandalar sadəcə 45 dəqiqəlik görüş keçirirlər. Final matçı da 45 dəqiqə çəkir. Sonda qalib komandaya kubok və pul mükafatı təqdim edilir.

 

Qeyd edək ki, turnirin bütün oyunlarını saytımız vasitəsilə canlı yayımla izləyə bilərsiniz.

 

Telekom kuboku, 1/2 final

18:00 Fortuna - Bavariya
19:15 Borussiya M - Maynts

 


20:30 3-cü yer uğrunda oyun

23:30 Final

 


Xəbər xətti