Çinlilər pul xərcləməkdən yorulmur - İtalyan forvarda 100 milyonluq təklif

22:12 14 Yanvar 2017

Bir müddət öncə “Zenit”in futbolçusu Aksel Vitseli heyətinə qatan “Tyantszin Tsyuntszyan” klubu növbəti "transfer bombasını" partlatmağa çalışır.

 

Sportarena.az “Sport Mediaset”ə istinadən xəbər verir ki, Çin təmsilçisi “Torino”nun forvardı Andrea Belottiylə ciddi maraqlanır. Asiyalılar italyan forvarda görə Turin klubuna 100 milyon avro ödəməyə hazırdı.

 

Qeyd edək ki, 23 yaşlı Belotti bu mövsüm “Torino”nun heyətind 20 oyuna çıxıb. Bu görüşlərdə 15 qol vuran hücumçu 4 məhsuldar ötürməylə də yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti