Kamran Ağayev "Benfika"nın futbolçuları ilə dalaşdı - VİDEO

12:56 15 Yanvar 2017

Portuqaliya çempionatının 17-ci turunda keçirilən “Benfika” - “Boavişta” oyunundan (3:3) sonra insident yaşanıb. 
 

Sportarena.az xəbər verir ki, qonaqların qapıçısı Kamran Ağayevin oyun başa çatdıqdan sonra “Benfika”nın futbolçuları ilə mübahisə etməyə başlayıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər. Ağayevin hansı səbəbdən özündən çıxması hələlik məlum deyil. 


Qeyd edək ki, “Benfika” ilə oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda “Boavişta” meydandan 1 xalla ayrılıb - 3:3.

 


Digər xəbərlər

Xəbər xətti