Millimizin İrana qalib gəldi - YENİLƏNİB

18:28 15 Yanvar 2017

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb. 

Sportarena.az xəbər verir ki, qrup mərhələsini sonuncu sırada tamamlayan Təbriz Həsənovun komandası 9-16-cı yerlər uğrunda mübarizə ilk mərhələsində İran yığması ilə üz-üzə gəlib. Qarşılaşmada millimziin minimal hesablı qələbəsi qeydə alınıb. Komandamız artıq 9-12-ci yerlər uğrunda mübarizə aparacaq.

 

Qranatkin turniri, 9-16-cı yerlər uğrunda

İran – Azərbaycan 0:1

Qol: Doğukan, 77


Digər xəbərlər

Xəbər xətti