"Neftçi" məğlub oldu - YENİLƏNİB

20:15 15 Yanvar 2017

Qış hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar”ın növbəti sınaq matçında rəqibi Albaniya təmsilçisi "Kukesi” ilə üz-üzə gəlib. Qapılara 6 qol vurulan oyunda təmsilçimiz məğlub olub - 2:4.

 

Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsində yanvarın 8-də keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor”la klubu ilə bərabərə qalmış (0:0), 3 gün sonra isə Özbəkistan təmsilçisi “Nasaf”a məğlub olmuşdu (0:1).

 

Yoxlama oyunu

"Neftçi" - "Kukesi" 2:4

Qollar: Zdenek Folprext, 28, Cavid İmamverdiyev, 31 - Dvornekoviç, 15, Pejiç, 36, 90. Kale, 52.

“Neftçi”: 33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 6.Pavel Dreksa, 15.Ruslan Abışov (K), 29.Georgi Navalovski, 87.Kirilo Petrov, 80.Edson Kastilyo, 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 9.Namiq Ələsgərov, 10.Cavid İmamverdiyev

Ehtiyat oyunçular: 53.Maksim Vaylo, 3.Jairo Rodriges, 11.İqnasio Herrera, 13.Murad Ağayev, 19.Fəhmin Muradbəyli, 22.Mahir Şükürov, 23.Tərzin Cahangirov.


Xəbər xətti