Çində legioner limiti dəyişdirildi - Klublar şokda

21:26 15 Yanvar 2017

Çin Futbol Federasiyası Super Liqanın legioner limiti ilə bağlı yeni qərar qəbul edib.

 

 

Sportarena.az xəbər verir ki, bundan sonra Çin çempionatında meydana cəmi 3 legioner çıxa bilər. 18 nəfərlik iştirak ərizəsində isə 5 əcnəbinin adı salına bilər. Həmçinin, siyahıda yaşı 23-dən az iki yerli olmalı və onlardan biri mütləq start heyətində meydana çıxmalıdı.

 

Bu qərar son zamanlar ulduz futbolçular milyonlar xərcləyən klubların heç də xoşuna gəlməyib. Belə ki, klubların bir neçəsində daha çox legioner futbolçular var ki, onların oynanaması klublara madddi ziyan verə bilər.

 

 

Qeyd edək ki, Çində yeni futbol mövsümü martın 4-də start götürəcək


Digər xəbərlər

Xəbər xətti