"Razı qaldım" - Svanadze - AÇIQLAMA

10:21 16 Yanvar 2017

"İlk oyun üçün kifayət qədər normal oynadıq. Hər iki hissədə meydana fərqli heyətlə çıxdıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze Qazaxıstanın “Ordabaşı” klubu ilə keçirilən yoxlama oyunundan sonra deyib. Gürcüstanlı mütəxəssis qolsuz heç-heçə başa çatan matçı belə şərh edib:

 

“Zurab Xizanişvili istisna olmaqla, hamıya şans verdik. Müdafiədə çox ciddi oynadıq, demək olar, səhvə yol vermədik. Bütövlükdə ilk yoxlama matçından razı qaldım".


Xəbər xətti