"Qəbələ" hazırlıqlarını davam etdirir

12:17 16 Yanvar 2017

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 5-ci gününü 2 məşqlə yekunlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun komandası dünən günün ilk yarısında keçirilən məşq prosesində əsasən topsuz çalışmalara üstünlük verib. “Qırmızı-qaralar” ikinci hazırlıq zamanı topla məşq edib.

 

Bərpa prosesi keçən Baqali Dabo, Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev fərdi hazırlıqla kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti