"Real"ın məğlubiyyətsizlik seriyası sona çatdı

13:48 16 Yanvar 2017

İspaniya La Liqasının 17-ci turu "Real" üçün uğursuz olub.

 

Sportarena.az xəbər verir ki, sözügedən tur çərçivəsində dünən axşam "Sevilya"nın qonağı olan Madrid klubunun (1:2) məğlubiyyətsizlik seriyası başa çatıb. Zinəddin Zidanın yetirmələri 40 oyundan sonra ilk dəfə məğlubiyyət acısı yaşayıb.

 

Ötən ildən bəri keçirdiyi 30 qələbə, 10 dəfə heç-heçədən sonra uduzan madridlilərin hər şeyə rəğmən, təsəlli tapmağa imkanları var. Belə ki, onlar əzəli rəqibləri "Barselona"nın 39 oyunluq məğlubiyyətsizlik oyunlar rekordunu ötən həftə yeniləməyə müvəffəq olmuşdular.


Xəbər xətti