Budaq Nəsirov oynadı, "Sportinq" böyük hesabla uduzdu

13:08 16 Yanvar 2017

Budaq Nəsirovun formasını geyindiyi “Sportinq B” Portuqaliya Sequndasının  XXII  turu çərçivəsində növbəti oyununu keçirib.

 

 

Sportarena.az xəbər verir ki, “zolaqlılar”  “Portimonense”nin qonağı olub. Meydan sahibləri qonaqların daşını daş üstdə qoymayıb – 4:0. Budaq komandası hesabda 2 top fərqiylə geridə olarkən meydana çıxıb.

 

 

Qeyd edək ki, 22 oyundan sonra hesabında 25 xal olan “Sportinq B” turnir cədvəlində 16-cıdı.


Xəbər xətti