"Sumqayıt" məğlub oldu - YENİLƏNİB

20:50 16 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama matçına çıxıb. 

 

Sportarena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Özbəkistanın "Nasaf" klubu ilə görüşdə gücünü sınayıb. Görüşdə "Sumqayıt"ın minimal hesablı məğlubiyyəti qeydə alınıb - 0:1.

 

Qeyd edək ki, “Sumqayıt” ilk hazırlıq matçında “Şkenderbeu”ya (Albaniya) 1:3 hesabı ilə məğlub olmuşdu. “Nasaf” isə yanvarın 11-də Premyer Liqamızın digər təmsilçisi “Neftçi” ni məğlub etmişdi - 1:0.

 

Yoxlama oyunu

16 yanvar

Sumqayıt - Nasaf (Özbəkistan) 0:1  

“Sumqayıt”ın start heyəti: Tərlan Əhmədli, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Rail Məlikov, Azər Salahlı, Fərhad Qıstarov, Sergey Çernışev, Nicat Muxtarov, Kamran Abdullazadə, Məhəmməd Qurbanov, Mirabdulla Abbasov.


Digər xəbərlər

Xəbər xətti