"Zirə" Türkiyəyə yollandı

15:30 16 Yanvar 2017

“Zirə” təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyənin Antalya şəhərinə gedib.


Sportarena.az xəbər verir ki, hazırlığın ikinci mərhələsini qonşu ölkədə keçirəcək paytaxt təmsilçisi  2 yoxlama oyunu keçirəcək. Yanvarın 18-də Qırğızıstanın “Dordoy" klubu ilə üz-üzə gələcək “Zirə” 4 gün sonra isə Bolqarıstan təmsilçisi "Lokomotiv"lə qarşılaşacaq.


 
Qeyd edək ki, “Zirə” Türkiyədən yanvarın 23-ü qayıdacaq.


Xəbər xətti