Reynaldo üçün "Qarabağ"a Türkiyədən rəsmi təklif gəldi - RƏSMİ AÇIQLAMA

14:33 16 Yanvar 2017

"Adanaspor"un Reynaldoya elçi düşməsi barədə məlumatlar rəsmi təsdiqini tapıb.
 

 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Reynaldoya görə "Adanaspor"dan zəng gəldiyini təsdiqləyib. "Futbol+"ə verdiyi açıqlamasında klub rəsmisi "Adanaspor"un prezidentiylə şəxsən danışdığını deyib:



"Mənə "Adanaspor"un prezidenti zəng vurdu. Reynaldonu istədiklərini bildirdi. Ancaq inanın, nəinki 700, heç 500 min də təklif olunmayıb. Xeyli aşağı məbləğ dedilər. Qarşılıqlı anlaşma olmadı, sağollaşdıq. Yüksək təzminat tələb etməyimiz normaldı. Müqaviləsi olan futbolçunu buraxırıqsa, onun yerinə daha yaxşısını almalıyıq. Bunun üçün isə vəsait lazımdı".


Digər xəbərlər

Xəbər xətti