"Qəbələ" darmadağın oldu

11:14 17 Yanvar 2017

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib.
 
Sportarena.az xəbər verir ki, Hüseynqulu Quliyevin komandası Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Görüş albanların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.



Yoxlama oyunu

16 yanvar

Qəbələ (əvəzedicilər) - Partizani (Albaniya) 2:6
Qollar: 
Rövlan Muradov, 25. Nurlan Quliyev, 39 - Qezim Krasniqi, 2. Mentor Mazrekay, 5; 22. Sodiq Atanda, 28. Realdo Fili, 41. Ardit Yaupay, 88.


Digər xəbərlər

Xəbər xətti